Menyu

Ukrayna və Aİ arasında təhlükəsizlik məsələlərini əhatə edən saziş imzalanacaq

Ukrayna və Aİ arasında təhlükəsizlik məsələlərini əhatə edən saziş imzalanacaq

İyunun 27-də Avropa İttifaqının (Aİ) Brüsseldə keçiriləcək sammiti çərçivəsində Avropa İttifaqı və Ukrayna Kiyev üçün təhlükəsizlik zəmanətləri haqqında saziş imzalayacaq. 

"Operativ Media" xəbər verir ki, bu barədə Aİ-nin yüksək səviyyəli nümayəndəsi Brüsseldə icma ölkələrinin dövlət və hökumət başçılarının görüşü ərəfəsində jurnalistlərə bildirib.

"Sabah təhlükəsizlik zəmanətləri haqqında sazişin imzalanması baş tutacaq", - diplomat deyib.

Diplomatın sözlərinə görə, Ukrayna prezidenti Volodimir Zelenski də sənədin imzalanacağı gözlənilən Aİ sammitində iştirak edəcək.

Aİ nümayəndəsi Ukrayna üçün təhlükəsizlik zəmanətləri haqqında sazişə hansı müddəaların daxil ediləcəyini açıqlamayıb.  

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər