Menyu

BMT Təhlükəsizlik Şurası Dağıstanda törədilən terror aktlarını pisləyib

BMT Təhlükəsizlik Şurası Dağıstanda törədilən terror aktlarını pisləyib

BMT Təhlükəsizlik Şurası (TŞ) Dağıstanda törədilən terror aktını qəti şəkildə pisləyib. 

"Operativ Media" xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının mətbuata verdiyi bəyanatda deyilir.

"BMT Təhlükəsizlik Şurasının üzvləri iyunun 24-də Dağıstanda törədilən iyrənc və qorxaq terror aktını qəti şəkildə pisləyiblər", - deyə məlumatda bildirilir.

Sənəddə terror aktlarının icraçılarının, təşkilatçılarının və sponsorlarının məsuliyyətə cəlb edilməsi və ədalət qarşısında cavab vermələrinin zəruriliyi vurğulanıb: "Onlar (Təhlükəsizlik Şurasının üzvləri) bütün dövlətləri beynəlxalq hüquq və Təhlükəsizlik Şurasının müvafiq qətnamələrindən irəli gələn öhdəliklərinə uyğun olaraq, bu məsələdə Rusiya Federasiyası hökuməti, eləcə də digər aidiyyəti orqanlarla fəal əməkdaşlığa çağırıblar", - bəyanatda deyilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər