Rusiya prezidenti Vladimir Putin İran İslam Respublikasının Prezidenti vəzifəsini icra edən Məhəmməd Möhbərlə telefon danışığı aparıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, tərəflər bütün əsas istiqamətlər üzrə gələcək qarşılıqlı faydalı ikitərəfli əməkdaşlığa dair məsələləri müzakirə ediblər.
"Xüsusilə, enerji sahəsində uğurla inkişaf edən əməkdaşlıq və iri infrastruktur layihələrinin həyata keçirilməsi ilə bağlı xüsusi məmnunluq ifadə olunub.
Rusiya Federasiyasının prezidenti qarşıdan gələn prezident seçkilərində İran xalqına uğurlar arzulayıb, Rusiya-İran dostluq əlaqələrinin gələcəkdə də inkişaf edəcəyinə əminliyini vurğulayıb", - Kremlin məlumatında deyilir.
Teqlər:
"Putin v\u0259 M\u00f6hb\u0259r aras\u0131nda telefon dan\u0131\u015f\u0131\u011f\u0131 olub"