Menyu

ABŞ Kiyevdə Amerika hökuməti əməkdaşının öldüyünü təsdiqləyib

ABŞ Kiyevdə Amerika hökuməti əməkdaşının öldüyünü təsdiqləyib

ABŞ Dövlət Departamenti amerikalı dövlət qulluqçusunun, ABŞ-nin Kiyevdəki səfirliyinin əməkdaşının öldüyünü təsdiqləyib. 

"Operativ Media" xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.

"Biz Kiyevdəki səfirliyin missiyasının rəhbərinə tabe olan ABŞ hökuməti əməkdaşının ölümünü təsdiqləyə bilərik. Bizdə olan məlumata görə, o, təbii səbəblərdən ölüb və heç bir kobudluq əlaməti yoxdur", - Miller əlavə edib. 

Qurum rəsmisi mərhumun ailəsinə və yaxınlarına başsağlığı verib və idarənin bu mövzu ilə bağlı başqa şərhinin olmadığını bildirib.

Bundan əvvəl Ukraynanın "Strana" nəşri Kiyev Hilton otelində ABŞ-nin Ukraynadakı səfirliyinin attaşesinin meyitinin tapılması barədə məlumat yayıb.

Teqlər:

"AB\u015e Kiyevd\u0259 Amerika h\u00f6kum\u0259ti \u0259m\u0259kda\u015f\u0131n\u0131n \u00f6ld\u00fcy\u00fcn\u00fc t\u0259sdiql\u0259yib"

Əlaqəli Xəbərlər