Hindistanın cənubundakı Tamil Nadu ştatında saxta spirtli içkidən ölənlərin sayı 63-ə yüksəlib.
"Operativ Media" xəbər verir ki, bu barədə "Asian News İnternational" (ANI) məlumat yayıb.
Bildirilib ki, 78 nəfərin saxta spirt səbəbiylə ştatın müxtəlif xəstəxanalarında müalicə olunub.
Polis əməkdaşları tərəfindən aparılan araşdırmalar çərçivəsində Tiruçirapallı ərazisində şübhəli bilinən 7 nəfər saxlanılaraq 250 litr saxta içki məhv edilib.