Menyu

Estoniya prezidenti Türkiyədə səfərdədir

Nərmin Qocamanlı
Estoniya prezidenti Türkiyədə səfərdədir

Estoniya prezidenti Karis prezident Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyədə rəsmi səfərdədir.

"Operativ Media" xəbər verir ki, prezident kompleksində rəsmi qarşılanma mərasimindən sonra liderlərin təkbətək görüşü olacaq.

Görüşlər zamanı iki ölkə arasında əlaqələrin bütün aspektləri nəzərdən keçiriləcək və əməkdaşlığın yaxşılaşdırılması üçün atılacaq ümumi addımlar müzakirə olunacaq.

Türkiyə ilə Estoniya arasında diplomatik əlaqələrin qurulmasının 100-cü ildönümünə təsadüf edən səfər çərçivəsində ikitərəfli münasibətlərlə yanaşı, Türkiyə-Avropa İttifaqı münasibətləri, aktual regional və qlobal problemlər ətrafında fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

Teqlər:

"Estoniya prezidenti T\u00fcrkiy\u0259d\u0259 s\u0259f\u0259rd\u0259dir"

Əlaqəli Xəbərlər