Menyu

Ermənistan XİN: Ölkənin KTMT qarşısında heç bir maliyyə öhdəliyi yoxdur

Ermənistan XİN: Ölkənin KTMT qarşısında heç bir maliyyə öhdəliyi yoxdur

Ermənistan KTMT katibliyinə təşkilatın 2024-cü il büdcəsini imzalamayacağı barədə rəsmi məlumat verib. 

"Operativ Media" xəbər verir ki, bu barədə Respublika Xarici İşlər Nazirliyi yerli Factor.am portalının sorğusuna cavabında bildirib. 

"Ermənistan Respublikası KTMT Katibliyinə təşkilatın "KTMT-nin 2024-cü il büdcəsi haqqında" qərarını imzalamaqdan və bu qərarda nəzərdə tutulan təşkilatın fəaliyyətinin maliyyələşdirilməsində iştirakdan imtina edəcəyi barədə rəsmi məlumat verib. Sözügedən qərarda nəzərdə tutulan maliyyələşdirmə ilə bağlı heç bir öhdəlik götürməyib", - Xarici İşlər Nazirliyindən bildirilib.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi bəyan etmişdi ki, İrəvan KTMT Nizamnaməsinə uyğun olaraq maliyyə öhdəliklərini yerinə yetirməyib. 

 

 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər