Menyu

Sloveniyanın baş naziri Zelenski ilə ikitərəfli təhlükəsizlik sazişini müzakirə edib

Sloveniyanın baş naziri Zelenski ilə ikitərəfli təhlükəsizlik sazişini müzakirə edib

Sloveniyanın baş naziri Robert Qolob Ukrayna Prezidenti Volodimir Zelenski ilə ikitərəfli təhlükəsizlik sazişinin hazırlanmasını müzakirə edib.

"Operativ Media" xəbər verir ki, siyasətçi bu barədə Avropa İttifaqının (Aİ) Brüsseldə keçirilən sammiti çərçivəsində məlumat verib.

"Görüş zamanı biz ikitərəfli təhlükəsizlik sazişini müzakirə etdik. Yekun varianta gəlmək üçün hələ vaxtımız var", - Qolob deyib.

Baş nazirin sözlərinə görə, Ukrayna hakimiyyəti müharibədən sonra ölkənin yenidən qurulmasında Sloveniya tərəfinin Kiyevə maliyyə yardımı ilə bağlı konkret öhdəliklərə nail olmaq istəyir. Lyublyana hazırda müqavilə layihəsinə düzəlişlər etmək üçün Kiyevdən rəsmi təkliflər gözləyir. 

 

 

Teqlər:

"Sloveniyan\u0131n ba\u015f naziri Zelenski il\u0259 ikit\u0259r\u0259fli t\u0259hl\u00fck\u0259sizlik sazi\u015fini m\u00fczakir\u0259 edib"

Əlaqəli Xəbərlər