Menyu

Stoltenberq: NATO ölkələri kollektiv təhlükəsizliklə bağlı qərarlar qəbul edəcək

Nərmin Qocamanlı
Stoltenberq: NATO ölkələri kollektiv təhlükəsizliklə bağlı qərarlar qəbul edəcək

NATO-nun baş katibi Yens Stoltenberq iyulda Vaşinqtonda keçiriləcək sammitdən sonra alyans çərçivəsində kollektiv müdafiə ilə bağlı qərarın veriləcəyinə ümid etdiyini bildirib. 

"Operativ Media"nın məlumatına görə, o, bu barədə Slovakiya prezidenti Peter Pelleqrini ilə birgə mətbuat konfransında bildirib.

“Vaşinqtonda keçiriləcək sammitdə NATO ölkələri kollektiv təhlükəsizlik və çəkindirmə sahəsində mühüm qərarlar qəbul edəcəklər ki, bizim istənilən hücumun qarşısını almaq imkanımız, gücümüz və hazırlığımız olsun”, - deyə hərbi blokun baş katibi bildirib.

Stoltenberq həmçinin əlavə edib ki, Şimali Atlantika Alyansının məqsədləri hücum deyil, sırf müdafiə xarakteri daşıyır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər