İranda prezident seçkilərinin nəticələri ilə bağlı ilkin məlumat yayılıb
İranın sabiq səhiyyə naziri, islahatçı qanaddan olan Məsud Pezeşkian 12 milyon səs hesablandıqdan sonra öndədir.
"Operativ Media"nın məlumatına görə, bunu İran DİN yanında Seçki Qərargahının sözçüsü Möhsün Eslami deyib.
M.Eslami bildirib ki, 58 min seçki məntəqəsindən 32,2 minində bülletenləri hesablandıqdan sonra Məsud Pezeşkian 5 milyon, İranın Ali Liderinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlil 4,875 milyon səs toplayıb.
Qeyd edək ki, bu gün İranda növbədənkənar prezident seçkiləri keçirilib. Seçkilərə yerli vaxtla saat 08:00-da start verilib. Seçkilərin müddəti 10 saat olsa da, yerli vaxtla 24:00-dək uzadılıb. İran prezident seçkilərində 4 namizəd – Məsud Pezeşkian, Mustafa Purməhəmmədi, Səid Cəlili və Məhəmməd Baqir Qalibaf - rəqabət aparır.
Teqlər:
"\u0130randa prezident se\u00e7kil\u0259rinin n\u0259tic\u0259l\u0259ri il\u0259 ba\u011fl\u0131 ilkin m\u0259lumat yay\u0131l\u0131b"