Menyu

İsveçrədə torpaq sürüşməsi olub, 2 nəfər ölüb

İsveçrədə torpaq sürüşməsi olub, 2 nəfər ölüb

İsveçrə Hava Xilasetmə Xidmətinin xilasediciləri bazar günü İsveçrənin Tiçino kantonunda Maggi vadisində baş verən sürüşmə nəticəsində iki nəfərin cəsədini tapıblar. 

"Operativ Media" xəbər verir ki, bu barədə "Swissinfo" məlumat yayıb. 

Qeyd edilib ki, bir nəfər hələ də itkin düşmüş hesab olunur.

Şənbə günü axşam və gecə ərzində Maggi Vadisində şiddətli tufan qopub. Polisin məlumatına görə, Tiçino ştatının Visletto şəhərində körpünün uçması səbəbindən Maggi vadisindən keçən yol bağlanıb. 

Maggi vadisi boyunca yerləşən düşərgələr və Moqnodakı yay düşərgəsi də boşaldılıb.

İsveçrə prezidenti Viola Amherd insanların ölümü ilə bağlı başsağlığı verib.

O, sakinləri diqqətli olmağa çağırıb.

"Vəziyyət gərgin olmaqda davam edir. Xahiş edirəm diqqətli olun və hakimiyyətin göstərişlərinə əməl edin", - ölkə prezidenti bildirib.

Teqlər:

"\u0130sve\u00e7r\u0259d\u0259 torpaq s\u00fcr\u00fc\u015fm\u0259si olub 2 n\u0259f\u0259r \u00f6l\u00fcb"

Əlaqəli Xəbərlər