Menyu

ABŞ-nin Avropadakı hərbi bazaları yüksək hazırlıq vəziyyətinə gətirildi

ABŞ-nin Avropadakı hərbi bazaları yüksək hazırlıq vəziyyətinə gətirildi

ABŞ-nin Avropadakı bir neçə hərbi bazası terror hücumu təhlükəsi səbəbindən yüksək hazırlıq vəziyyətinə gətirilib.

"Operativ Media" xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bildirilir ki, Almaniyanın Ştutqart şəhərində yerləşən ABŞ ordusu qarnizonunun döyüş hazırlığı səviyyəsi “Çarli” ştatına gətirilib. Bu, terror aktları ehtimalını göstərən kəşfiyyat məlumatı alındıqda baş verir. Mənbənin məlumatına görə, mümkün terror hücumu ABŞ hərbi personalı və hərbi obyektləri hədəfə alıb.

ABŞ-nin Avropa komandanlığının qərargahı Ştutqartda yerləşir. Onun sözçüsü terror hücumuna hazırlaşmaq üçün görməli olduqları konkret tədbirlərin adını çəkməkdən imtina edib, lakin komandanlığın hər zaman sayıq olduğunu qeyd edib.

Teqlər:

"AB\u015e-nin Avropadak\u0131 h\u0259rbi bazalar\u0131 y\u00fcks\u0259k haz\u0131rl\u0131q v\u0259ziyy\u0259tin\u0259 g\u0259tirildi"

Əlaqəli Xəbərlər