Tokayev: "Qazaxıstan və Çin əlaqələri inkişaf etdiriləcək"
Nərmin Qocamanlı
Qazaxıstan Çinlə əlaqələri fəal şəkildə inkişaf etdirməyi planlaşdırır. Həmçinin iki ölkə arasındakı məqsədlərdən biri də qarşılıqlı ticarət dövriyyəsinin 100 milyard dollara çatdırılmasıdır.
"Operativ Media" xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.
“Biz Çinlə çoxşaxəli əlaqələrimizi daha da dərinləşdirmək üçün özümüzə iddialı planlar qoyuruq. Bunun üçün bütün lazımi ilkin şərtlər və şərait yaradılır”, - deyə Tokayev bildirib.
Tokayev hesab edir ki, ümumilikdə ölkələr arasında münasibətlər koronavirus pandemiyasından sonra daha yüksək səviyyəyə çatıb və dövlətlər bununla dayanmayacaq.