Ana səhifə / Dünya / Almaniya silah ixracını 30 faiz artırıb Almaniya silah ixracını 30 faiz artırıb 01.07.2024, 10:18 Nərmin Qocamanlı Almaniya hökuməti yanvarın 1-dən iyunun 18-dək 7,48 milyard avro dəyərində silah ixracına icazə verib. "Operativ Media" xəbər verir ki, bu barədə Alman Xəbər Agentliyi (DPA) məlumat yayıb. Bu rəqəm 2023-cü ilin birinci yarısı ilə müqayisədə 30 faiz artımdan xəbər verir. İxrac təsdiqinin təxminən 65 faizi və ya 4,88 milyard avronun Almaniyanın Rusiyaya qarşı dəstəklədiyi Ukraynaya aid olduğu bildirilib. Ukraynadan sonra silah ixracına ən çox razılıq alan ölkələr Səudiyyə Ərəbistanı, Sinqapur, Hindistan və Qətər olub. Qeyd edək ki, Almaniya hökuməti 2023-cü ildə xaricə təxminən 12,2 milyard avroluq silah və hərbi texnikanın satışını təsdiqləyib. Teqlər: "Almaniya silah ixrac\u0131n\u0131 30 faiz art\u0131r\u0131b"