Menyu

Pakistanda həbsxanadan 19 məhbus qaçıb

Nərmin Qocamanlı
Pakistanda həbsxanadan 19 məhbus qaçıb

Pakistanın Azad Cammu və Kəşmir bölgəsindəki Ravalakot həbsxanasından 6-sı ölüm cəzasına məhkum edilmiş 19 məhbus qaçıb.

"Operativ Media" xəbər verir ki, bu barədə "Dawn" qəzeti yazıb.

Bildirilib ki, silahlı məhbus nahar vaxtı mühafizəçidən zorla açarları alıb və kameraların kilidini açıb.

Xəbərlərdə məhbusun silahı necə və haradan əldə etməsi ilə bağlı məlumat verilməsə də, qaçış zamanı mühafizəçilərlə münaqişədə yaralanan məhbuslardan birinin xəstəxanada dünyasını dəyişdiyi bildirilib.

Polis məhbusları tutmaq üçün Poonç bölgəsinə giriş-çıxışı dayandırıb.

Hadisə ilə bağlı nəzarətçi müavini də daxil olmaqla 8 həbsxana məmuru istintaq üçün saxlanılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər