Hindistan TNT-dən iki dəfə güclü partlayıcı hazırlayıb
Nərmin Qocamanlı
Hindistan "SEBEX 2" adlı yeni partlayıcı hazırlamağa nail olub.
"Operativ Media" xəbər verir ki, bu barədə "The Times of India" məlumat yayıb.
Bildirilib ki, hətta ən güclü qeyri-nüvə partlayıcılarından biri olan standart trinitrotoluol (TNT) ondan aşağıdır.
Rəsmilərin sözlərinə görə, bu yeni texnologiya sayəsində istifadə edilən silah və sursatların effektivliyi xeyli artacaq.
Onun tərtibçisi "Economic Explosives Limited" (EEL) şirkətidir. Partlayıcılar “Made in India” təşəbbüsü ilə istehsal edilib. Şirkət hazırda partlayıcı gücü TNT-dən 2,3 dəfə yüksək olan bombanın başqa bir versiyasını hazırlayır.
Teqlər:
"Hindistan TNT-d\u0259n iki d\u0259f\u0259 g\u00fccl\u00fc partlay\u0131c\u0131 haz\u0131rlay\u0131b"