Menyu

"Taliban" Əfqanıstana qarşı beynəlxalq sanksiyaları ləğv etməyə çağırıb

Nərmin Qocamanlı
"Taliban" Əfqanıstana qarşı beynəlxalq sanksiyaları ləğv etməyə çağırıb
1 dəq oxu

"Taliban" beynəlxalq ictimaiyyətin Əfqanıstana qarşı ticarət və maliyyə sanksiyalarının tezliklə aradan qaldırılacağına ümid edir. 

"Operativ Media" xəbər verir ki, bunu "Taliban" hərəkatının rəsmi nümayəndəsi Zəbihullah Mücahid BMT-nin Dohada keçirilən konfransında bildirib.

"Əfqanlar dünya ilə müsbət münasibətləri inkişaf etdirməyə yönəlmiş sistem yaradıblar, lakin bunun müqabilində onlar sanksiyalar və məhdudiyyətlərlə üzləşiblər", - o deyib.

Mücahid qeyd edib ki, siyasi fikir ayrılıqları Əfqanıstan xalqına təhlükəsizlik, siyasət və iqtisadiyyatla bağlı təzyiq yaratmamalıdır.

Əlaqəli Xəbərlər