Polşa sərhədi Ukraynanın ağır yük maşınlarının hərəkəti üçün açıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Ukrayna İnfrastruktur Nazirliyinin rəis müavini Sergey Derkaç məlumat verib.
"Yük maşınlarının Polşaya keçidi bərpa olunur. Polşa tərəfi sərhədi keçmək məsələsini həll edib. Polşanın gömrük və sərhəd xidmətləri ikitərəfli daşımalar üçün heç bir icazə tələb etməyəcək. Ona görə də ikitərəfli daşımaları həyata keçirən bütün Ukrayna avtomobilləri sərhədi sərbəst keçə bilər", - deyə Derkaç "Facebook"da yazıb.
Onun sözlərinə görə, artıq Şeqini - Medika, Nijankoviçi - Malçovitse, Uqrinov - Dolqobiçuv, Krakovets - Korçeva keçid məntəqələrində ağır yük maşınlarının hərəkətinə başlanılıb.
Teqlər:
"Pol\u015fa Ukrayna y\u00fck ma\u015f\u0131nlar\u0131 \u00fc\u00e7\u00fcn s\u0259rh\u0259di a\u00e7\u0131b"