Menyu

Tehran Rusiya qırıcılarının alınması ilə bağlı danışıqlar aparır

Nərmin Qocamanlı
Tehran Rusiya qırıcılarının alınması ilə bağlı danışıqlar aparır
1 dəq oxu

"İran və Rusiya Federasiyası arasında hərbi və ticari əməkdaşlıq sahəsində proseslərə heç bir maneə yoxdur".

"Operativ Media" xəbər verir ki, bunu İranın Ali Rəhbərinin müşaviri və ölkənin Beynəlxalq Münasibətlər üzrə Strateji Şurasının rəhbəri Kamal Xərrazi deyib.

Xərrazi qeyd edib ki, Tehran Rusiya qırıcılarının alınması ilə bağlı danışıqlar aparır.

“Biz yaxın gələcəkdə onlarla (Rusiya - red.) hərtərəfli strateji saziş imzalamalıyıq”, - o əlavə edib.

Əlaqəli Xəbərlər