Ana səhifə / Dünya / Qəzzada 8 min 572 nəfərdən çox tələbə həlak olub Qəzzada 8 min 572 nəfərdən çox tələbə həlak olub 02.07.2024, 12:23 Nərmin Qocamanlı İsrailin hücumları başlayandan bəri Qəzza zolağında 8 min 572-dən çox tələbə ölüb, 14 min 89 tələbə isə yaralanıb. "Operativ Media" xəbər verir ki, bu barədə Fələstin Təhsil Nazirliyi məlumat yayıb. Bildirilib ki, Qəzza və İordan çayının qərb sahilində müəllim və idarəçilərdən 497 nəfəri həlak olub, 3402 nəfəri isə yaralanıb. Qəzzada 353 dövlət məktəbi və universitet binası, həmçinin BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyinə (UNRWA) aid 65 məktəb bombalanıb. Teqlər: "Q\u0259zzada 8 min 572 n\u0259f\u0259rd\u0259n \u00e7ox t\u0259l\u0259b\u0259 h\u0259lak olub"