Menyu

Rusiya Estoniyaya nota verib

Nərmin Qocamanlı
Rusiya Estoniyaya nota verib

Rusiyanın Tallindəki səfirliyi Estoniya Xarici İşlər Nazirliyinə etiraz notası göndərərək Sovet əsgərlərinin dəfn yerlərinin köçürülməsini dayandırmağa çağırıb.

"Operativ Media" xəbər verir ki, bu barədə səfirliyin mətbuat xidməti məlumat yayıb.

"Səfirlik Saaremaa adasındakı Tehumardi kəndində məzar daşlarının sökülməsi və onların altında basdırılmış Qırmızı Ordu əsgərlərinin qalıqlarının planlaşdırılan ekshümasiyası ilə əlaqədar öz kəskin etirazını bildirir", - məlumatda deyilir.

Qeyd olunub ki, Rusiya tərəfi Estoniya Xarici İşlər Nazirliyinə nota göndərərək bu tədbirləri, eləcə də Sovet hərbi memorial irsinin məhvini dayandırmağa çağırıb.

Teqlər:

"Rusiya Estoniyaya nota verib"

Əlaqəli Xəbərlər