Menyu

Türkiyə lideri: Qəzza böhranı həll olunmayana qədər Türkiyə və region təhlükəsiz olmayacaq

Türkiyə lideri: Qəzza böhranı həll olunmayana qədər Türkiyə və region təhlükəsiz olmayacaq

"Qərbdən dəstək alan İsrailin Qəzza zolağında hərbi əməliyyatları dayandırılmayana qədər regionun heç bir ölkəsi özünü təhlükəsiz hiss etməyəcək". 

"Operativ Media" xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. 

"Baş nazir Benyamin Netanyahunun rəhbərliyi ilə Qəzzada İsrailin təcavüzü dayandırılmayana qədər bölgədəki heç bir dövlət, o cümlədən Türkiyə özünü təhlükəsiz hiss edə bilməz. İsrailin Livana qarşı təhdidləri bizi ciddi narahat edir, nə qədər ki, Qərb İsraili dəstəkləyir və İslam dünyası susacaq, Netanyahu adlı cinayətkar və qatil işğalçılıq siyasətini davam etdirəcək", - Ərdoğan onun sədrliyi ilə Ankarada keçirilən Nazirlər Kabinetinin iclasından sonra deyib. 

Qeyd edək ki, Türkiyə ilə İsrail arasında münasibətlər ötən ilin oktyabrında Fələstin-İsrail münaqişəsinin yaşanması fonunda kəskin şəkildə pisləşib. Türkiyə Prezidenti İsrailin Baş nazirini hərbi cinayətkar adlandıraraq, onun Qəzza zolağında törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb olunmasını tələb edib. 

 

 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər