Menyu

Finlandiya prezidenti : "Pekin müdaxilə edərsə, Rusiya-Ukrayna müharibəsi sonlanacaq"

Nərmin Qocamanlı
Finlandiya prezidenti : "Pekin müdaxilə edərsə, Rusiya-Ukrayna müharibəsi sonlanacaq"

Çin Xalq Respublikasının sədri Si Cinpin Rusiya prezidenti Vladimir Putinə zəng edərək Ukraynadakı silahlı münaqişəyə son qoya bilər. 

"Operativ Media" xəbər verir ki, bunu Finlandiya prezidenti Aleksandr Stubb deyib.

Stubb hesab edir ki, Rusiya hazırda Çindən asılıdır, ona görə də Pekin mübahisənin sülh yolu ilə həllini tələb etsə, Moskva buna əməl edəcək.

O, həmçinin Avropa ölkələrini Ukraynaya həm maliyyə, həm də siyasi dəstəklərini artırmağa çağırıb. Stubb Kiyevə yardımın artırılmasının münaqişənin tezliklə sona çatmasına töhfə verəcəyinə əminliyini ifadə edib.

Teqlər:

"Finlandiya prezidenti : \"Pekin m\u00fcdaxil\u0259 ed\u0259rs\u0259 Rusiya-Ukrayna m\u00fcharib\u0259si sonlanacaq\""

Əlaqəli Xəbərlər