Menyu

Ermənistan və ABŞ yeni atom elektrik stansiyasının tikintisi ilə bağlı danışıqlar aparır

Nərmin Qocamanlı
Ermənistan və ABŞ yeni atom elektrik stansiyasının tikintisi ilə bağlı danışıqlar aparır

Ermənistan və ABŞ yeni atom elektrik stansiyasının tikintisi imkanları ilə bağlı danışıqlar aparır, proses əsas fazaya daxil olub. 

"Operativ Media" xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

“Mən deyərdim ki, top ABŞ-ın meydançasındadır. Biz ABŞ-da daxili prosedurların tamamlanmasını gözləyirik və bundan sonra işə başlayacağıq", - Qriqoryan deyib.

Təhlükəsizlik Şurasının katibi əlavə edib ki, Ermənistan beynəlxalq tərəfdaşları ilə, eləcə də təhlükəsizlik sahəsində iqtisadi əlaqələrini şaxələndirməyə çalışır.

Teqlər:

"Erm\u0259nistan v\u0259 AB\u015e yeni atom elektrik stansiyas\u0131n\u0131n tikintisi il\u0259 ba\u011fl\u0131 dan\u0131\u015f\u0131qlar apar\u0131r"

Əlaqəli Xəbərlər