NATO gələn il Ukraynaya 40 milyard avro dəyərində hərbi yardım edəcək
Nərmin Qocamanlı
Şimali Atlantika Alyansı (NATO) ölkələri 2025-ci ildə Ukraynaya 40 milyard avro dəyərində hərbi yardımın maliyyələşdirilməsi barədə razılığa gəliblər.
"Operativ Media" xəbər verir ki, bu barədə Qərbi Avropa diplomatiyası məlumat yayıb.
Bildirilib ki, NATO-nun baş katibi Yens Stoltenberq alyansa üzv dövlətləri Rusiyanın xüsusi hərbi əməliyyatına başladıqdan sonra Ukraynaya göstərdikləri həcmdə hərbi yardımı davam etdirməyə çağırıb.
NATO liderləri gələn həftə Vaşinqtonda yeni yardım paketi ilə bağlı öhdəlik imzalayacaq.
Teqlər:
"NATO g\u0259l\u0259n il Ukraynaya 40 milyard avro d\u0259y\u0259rind\u0259 h\u0259rbi yard\u0131m ed\u0259c\u0259k"