Menyu

"Şərqi Avropadakı gərgin vəziyyət nüvə silahlarından istifadəyə yol aça bilər"

Nərmin Qocamanlı
"Şərqi Avropadakı gərgin vəziyyət nüvə silahlarından istifadəyə yol aça bilər"

Şərqi Avropada geosiyasi vəziyyətin gərginləşməsi açıq silahlı münaqişələrə və nüvə silahından istifadəyə gətirib çıxara bilər. 

"Operativ Media" xəbər verir ki, bunu Belarusun müdafiə naziri Viktor Xrenin deyib.

Onun sözlərinə görə, hazırda Şərqi Avropada münaqişə mərhələsinə keçmək üçün ilkin şərtləri ehtiva edən böhranlı vəziyyət mövcuddur.

“Qərb dövlətlərinin koalisiyası qəsdən münasibətləri korlamaq yolunu izləyir və Birlik dövlətlərinə qarşı getdikcə daha çox aqressiv ritorika irəli sürür”, - deyə Xrenin vurğulayıb.

Nazir əlavə edib ki, Şərqi Avropada regional təhlükəsizlik arxitekturasının parçalanması başlayıb və hərbi sahədə yeni təhlükələr yaranıb. Bütün bunlar kütləvi qırğın silahlarının tətbiq olunduğu silahlı münaqişənin başlanmasına səbəb ola bilər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər