Menyu

Fransanın keçmiş xarici işlər naziri Rolan Düma vəfat edib

Fransanın keçmiş xarici işlər naziri Rolan Düma vəfat edib

1984-1986 və 1988-1993-cü illərdə Prezident Fransua Miteran dövründə ölkənin xarici işlər naziri olmuş fransız siyasətçisi Rolan Düma 102 yaşında vəfat edib. 

"Operativ Media" xəbər verir ki, bu barədə "Agence France-Presse" onun ailəsinə istinadən məlumat yayıb.

Siyasətçinin ölümünün təfərrüatları hələlik açıqlanmır.

Rolan Düma 23 avqust 1922-ci ildə Fransanın qərbindəki Limoges şəhərində anadan olub. Ölkənin faşist Almaniyası tərəfindən işğalı illərində (1940-1944) Fransa Müqavimət hərəkatında iştirak edib. Paris Universitetində hüquq dərəcəsi alıb. O, 1950-ci illərin ortalarından 1980-ci illərin sonuna qədər müxtəlif vaxtlarda Sosialist Partiyasından üç dəfə Fransa Milli Assambleyasının üzvü olub. Düma eyni zamanda Fransanın Avropa işləri üzrə nazir nümayəndəsi (1983-1984) və Fransa Konstitusiya Şurasının sədri (1995-2000) vəzifələrində çalışıb. 

Teqlər:

"Fransan\u0131n ke\u00e7mi\u015f xarici i\u015fl\u0259r naziri Rolan D\u00fcma v\u0259fat edib"

Əlaqəli Xəbərlər