Çin yeni regionda ŞƏT birliyinin yaradılmasını təklif edib
Nərmin Qocamanlı
Çin rəsmiləri Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olan ölkələri rəqəmsal təhsil üzrə ixtisaslaşmış assosiasiya yaratmağa dəvət ediblər.
"Operativ Media" xəbər verir ki, bunu Çinin sədri Si Cinpin Astanada keçirilən “ŞƏT Plus” iclasında bildirib.
"Biz rəqəmsal təhsil sahəsində ŞƏT assosiasiyasının yaradılmasını təklif edirik", - o deyib.
Onun sözlərinə görə, bu proqram assosiasiyaya daxil olan ölkələrdən min ekspertə öz ixtisasları üzrə təlim keçmək üçün üç illik kvota verəcək.
Çin lideri əlavə edib ki, Çin öz tərəfdaşlarına Beidou milli naviqasiya sisteminin xidmətlərinə çıxışı təmin etməyə hazırdır, həmçinin ŞƏT üzvlərini Beynəlxalq Elmi Ay Stansiyasının yaradılmasında iştirak etməyə dəvət edib.
Teqlər:
"\u00c7in yeni regionda \u015e\u018fT birliyinin yarad\u0131lmas\u0131n\u0131 t\u0259klif edib"