Fransada naməlum şəxslər hökumət nümayəndəsinə hücum edib
Fransada parlament seçkilərinin ikinci turu öncəsi hökumət sözçüsü Priska Theveno hücuma məruz qalıb.
"Operativ Media" xəbər verir ki, bu barədə "Bild" yazır.
Nəşr qeyd edir ki, Theveno bu seçkilərdə Makronun blokundan iştirak edir, o, birinci turda öz dairəsində qalib gəlib. Çərşənbə günü gecə o və komandası Paris ətrafında seçkinin ikinci turunu təbliğ edən təşviqat posterləri asıblar. Bu zaman onlar bir qrup naməlum şəxsin hücumuna məruz qalıblar.
"Le Parisin"in məlumatına görə, Thevenonun iki köməkçisi müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Thevenonun özünün ciddi xəsarət almadığı bildirilir.
Polis dörd şübhəlini həbs edib. Cinayətin motivləri barədə hələlik heç nə məlum deyil. Cinayətkarlardan üçü azyaşlı, dördüncüsü isə 20 yaşındadır. Onların Thevenonun komanda avtomobilinin qabaq şüşəsini də sındırdıqları güman edilir. Dövlət məmurlarına silahla hücumu Prokurorluq araşdırır.
Thevenot hücumdan sonra "Le Parisien"ə deyib: "Hər şey çox tez baş verdi, çünki əraziyə patrul etməli olan milli polis beş dəqiqədən az vaxt ərzində gəldi".
Ümumilikdə, şahidlərin sözlərinə görə, hadisə yerində 20-yə yaxın hücumçu olub. Onlar Thevenonun komandasını skuterlərdə təqib ediblər. Fransanın Baş naziri Qabriel Atal hücum qurbanları ilə tam həmrəy olduğunu bildirib.
Baş nazir yazıb: "Bizim demokratiyada zorakılıq və hədə-qorxuya yer yoxdur".