Rusiya şirkəti Hindistan ordusuna 35 min yeni hücum tüfəngi tədarük edib
Nərmin Qocamanlı
Hindistan və Rusiya Federasiyasının birgə müəssisəsi olan "Indo-Russian Rifles Private Limited" şirkəti Hindistan Ordusuna 35 min AK-203 model hücum tüfəngi istehsal edib və tədarük edib.
"Operativ Media" xəbər verir ki, bu barədə “Rostec” dövlət korporasiyasının mətbuat xidməti məlumat yayıb.
Şirkətin məlumatına görə, bu çatdırılma Hindistanda "Kalaşnikov" avtomatı istehsalının birinci mərhələsinin başa çatması deməkdir. Silahların vaxtında istehsalı üçün Hindistanın Uttar-Pradeş əyalətindəki fabrik lazımi istehsal gücü ilə təchiz edilib.
Qeyd edək ki, AK-203 Hindistan Silahlı Qüvvələrinin istifadə etdiyi 7,62x39 mm-lik patron üçün xüsusi olaraq hazırlanmış AK-200 hücum tüfənginin xüsusi versiyasıdır.
Teqlər:
"Rusiya \u015firk\u0259ti Hindistan ordusuna 35 min yeni h\u00fccum t\u00fcf\u0259ngi t\u0259dar\u00fck edib"