Menyu

Türkiyə hava limanlarında sərnişinlərin yoxlanılması qaydalarını sərtləşdirir

Nərmin Qocamanlı
Türkiyə hava limanlarında sərnişinlərin yoxlanılması qaydalarını sərtləşdirir

Türkiyə Parlamenti mülki aviasiya qanununa dəyişiklikləri qəbul edib.

"Operativ Media" xəbər verir ki, bu dəyişikliklər də hava limanlarında sərnişinlərin yoxlanılması prosedurlarını sərtləşdirir.

Məlumata görə, yeni qaydalar Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyanın (Çikaqo Konvensiyası) müddəalarına uyğun olacaq. 

Yeni qaydalara əsasən, bütün sərnişinlərin əşyaları iki dəfə yoxlanılacaq. Türkiyə hava limanlarının təhlükəsizlik əməkdaşları terminalın girişində və təyyarəyə minmə zonasının girişində sərnişinlərin əşyalarında axtarış apara biləcəklər. 

Yoxlama üçün əşyaların təqdim edilməsindən imtina edildikdə, sərnişin hava limanının binasının özünə və ya yola düşmə yerinə buraxılmayacaq. Qadağan olunmuş əşyalar dərhal yerindəcə müsadirə olunacaq.

Yeniliklər həmçinin təyyarənin heyətinin uçuş zamanı göyərtədə hər hansı qanun pozuntusu barədə səlahiyyətli orqanlara məlumat vermədiyi halda 620 dollardan 15,6 min dollara qədər cərimələri nəzərdə tutur.

Teqlər:

"T\u00fcrkiy\u0259 hava limanlar\u0131nda s\u0259rni\u015finl\u0259rin yoxlan\u0131lmas\u0131 qaydalar\u0131n\u0131 s\u0259rtl\u0259\u015fdirir"

Əlaqəli Xəbərlər