Menyu

Stoltenberq: “NATO yeni Minsk razılaşması imzalamaq istəmir"

Nərmin Qocamanlı
Stoltenberq: “NATO yeni Minsk razılaşması imzalamaq istəmir"

Yeni Minsk razılaşmaları Ukrayna və NATO-ya uyğun deyil, Kiyevə təhlükəsizlik zəmanəti lazımdır.

"Operativ Media" xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

“NATO Minsk-3-ü istəmir. NATO istəyir ki, Rusiyanın aqressiyasına son qoyulsun ki, ukraynalılar nəzarəti ələ keçirsin”, - Stoltenberq bildirib.

Qeyd edək ki, ilk Minsk razılaşması 2014-cü il sentyabrın 5-də Minskdə imzalanıb. Donetsk və Luqansk vilayətlərində atəşkəs əldə edilib. Sənədi Ukraynanın o vaxtkı prezidenti Pyotr Poroşenko və Rusiya prezidenti Vladimir Putin imzalayıblar. “Minsk-2” isə Almaniya, Fransa, Ukrayna və Rusiya liderlərinin 2015-ci il fevralın 11-12-də Minskdə keçirilən sammitində qəbul edilib və imzalanıb. Onun məqsədi həm də Ukraynanın şərqindəki silahlı münaqişəni həll etmək olub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər