Türkiyə XİN Merih Dəmiral haqqındakı qərara sərt reaksiya verib
Nərmin Qocamanlı
Türkiyə Xarici İşlər Nazirliyi UEFA-nın Merih Dəmirala verdiyi 2 oyunluq cəzaya münasibət bildirib.
"Operativ Media" xəbər verir ki, nazirlikdən verilən açıqlamada deyilib:
“UEFA-nın Milli Futbol Komandamızın oyunçusu Merih Dəmirala iki oyunluq cəza verməsindən təəssüflənirik. Beynəlxalq idman tədbirləri cəmiyyətləri və ölkələri bir-birinə daha da yaxınlaşdırmaq üçün təşkil edilir. Daxildə və xaricdə bütün vətəndaşlarımızda dərin məyusluq yaradan bu qərar bəzi Avropa ölkələrində əcnəbilərə qarşı qərəzli davranma meylinin artdığına dair qiymətləndirmələri gücləndirdi".