Menyu

Macarıstan XİN: Dialoq olmadan Ukrayna böhranından çıxmaq şansı yoxdur

Macarıstan XİN: Dialoq olmadan Ukrayna böhranından çıxmaq şansı yoxdur

"Ukrayna böhranından çıxış yolu dialoqsuz mümkün deyil".

"Operativ Media" xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.

"Bu (dialoq) olmadan vəziyyətdən (Ukrayna böhranı) sadəcə olaraq çıxış yolu yoxdur", - Siyarto qeyd edib.

Macarıstanın xarici işlər naziri əlavə edib ki, dialoq mövcud vəziyyətdən çıxış yoluna aparan yeganə yoldur: "Əgər biz bir-birimizlə danışsaq, o zaman ünsiyyəti açmaq şansı olur".

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin və Macarıstan Baş naziri Viktor Orban arasında cümə günü Kremldə danışıqlar baş tutub və iki saat yarımdan çox davam edib. İyulun 2-də Orban Kiyevdə olub və orada Ukrayna Prezidenti Volodimir Zelenskini atəşkəslə razılaşmağa dəvət edib. 

Teqlər:

"Macar\u0131stan X\u0130N: Dialoq olmadan Ukrayna b\u00f6hran\u0131ndan \u00e7\u0131xmaq \u015fans\u0131 yoxdur"

Əlaqəli Xəbərlər