http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

İranda prezident seçkilərinin vaxtı üçüncü dəfə uzadılıb - YENİLƏNİB

05 İyul 2024 , 23:03
İranda prezident seçkilərinin vaxtı üçüncü dəfə uzadılıb - YENİLƏNİB

İran Seçki Komissiyası prezident seçkiləri üçün səsvermə vaxtını üçüncü dəfə uzadıb. 

"Operativ Media" xəbər verir ki, bu barədə İranın Seçki Qərargahının nümayəndəsi Möhsün İslami IRIB telekanalının efirində bildirib. 

"Ölkənin daxili işlər naziri Əhməd Vahidinin razılığı ilə ölkə üzrə seçki məntəqələrinin iş saatları bu dəfə saat 00:00-a (Bakı vaxtı ilə 6 iyul, 2024-cü il, 00:30) qədər uzadılıb", - İslami bildirib. Səsvermə vaxtı artıq iki dəfə, əvvəl yerli vaxtla saat 18:00-dan 20:00-a, sonra isə saat 22:00-a qədər uzadılıb. Üçüncü uzadılma çox güman ki, sonuncu olacaq və bundan sonra səslərin hesablanması başlayacaq. 

***

20:45

İranda növbədənkənar prezident seçkilərində səsvermə üçün seçki məntəqələrinin iş vaxtı yerli vaxtla saat 22:00-a (Bakı vaxtı ilə 22:30) qədər uzadılıb. 

"Operativ Media" xəbər verir ki, bu barədə İslam Respublikasının Seçki Qərargahının nümayəndəsi Möhsün İslami məlumat verib.

"Səsvermə vaxtının uzadılması ilə bağlı çağırışlara görə, seçkilərin vaxtı daha iki saat uzadılacaq", - o, IRIB telekanalında deyib. 

Bu, səsvermənin ikinci turu zamanı seçki məntəqələrinin işinin ikinci uzadılmasını. Bundan əvvəl seçki komissiyası səsverməni artıq iki saat, saat 18:00-dan 20:00-a (Bakı vaxtı ilə 18:30-20:30) uzatmışdı. İyunun 28-də keçirilən birinci turda müddət üç dəfə uzadılıb, sonra yerli vaxtla gecə yarısı (Bakı vaxtı ilə 00:30) seçki məntəqələri fəaliyyətini dayandırıb.

İyulun 5-də keçirilən prezident seçkiləri üçün seçki məntəqələri yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə 08:30) açılıb. İkinci turda prezidentlik uğrunda mübarizə aparan 69 yaşlı islahatçı, keçmiş səhiyyə naziri Məsud Pezeşkian və İran liderinin respublikanın Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi, mühafizəkar 58 yaşlı Səid Cəlili mübarizə aparır. Birinci turda Pezeşkian və Cəlili müvafiq olaraq 44% və 40% səs toplayıblar. Seçkilərdə iştirak 40% təşkil edib ki, bu da İslam Respublikasının son 45 ilində ən aşağı göstəricidir.

OXŞAR XƏBƏRLƏR
İsrailin zərbələri nəticəsində 2 mindən çox Livan sakini həlak olub

İsrailin zərbələri nəticəsində 2 mindən çox Livan sakini həlak olub

Məsud Pezeşkian: Ümid edirəm ki, sağ-salamat qayıdacağıq

Məsud Pezeşkian: Ümid edirəm ki, sağ-salamat qayıdacağıq

Stoltenberq: NATO vədi yerinə yetirə bilmədi

Stoltenberq: NATO vədi yerinə yetirə bilmədi

XƏBƏR LENTİ
  • Dünən
    23:33

    Məsud Pezeşkian: Ümid edirəm ki, sağ-salamat qayıdacağıq
  • Dünən
    23:25

    İlham Əliyev Cəbrayılın azad edilməsinin ildönümü münasibətilə paylaşım edib
    İlham Əliyev Cəbrayılın azad edilməsinin ildönümü münasibətilə paylaşım edib
  • Dünən
    23:06

    Azərbaycanın U-16 yığması türkiyəli həmyaşıdlarına böyük hesabla məğlub oldu
  • Dünən
    22:59

    Stoltenberq: NATO vədi yerinə yetirə bilmədi
  • Dünən
    22:34

    İspaniyada döyüş təyyarəsi qəzaya uğrayıb
  • Dünən
    22:31

    Bakının Nizami rayonunda yaşayış evində yanğın söndürülüb - YENİLƏNİB - VİDEO
    Bakının Nizami rayonunda yaşayış evində yanğın söndürülüb - YENİLƏNİB - VİDEO
  • Dünən
    22:22

    Lavrov Azərbaycanın Rusiyadakı yeni səfiri Rəhman Mustafayevi qəbul edib
    Lavrov Azərbaycanın Rusiyadakı yeni səfiri Rəhman Mustafayevi qəbul edib
  • Dünən
    21:55

    Minskdə “İstisu”nun təqdimatı olub - YENİLƏNİB
    Minskdə “İstisu”nun təqdimatı olub - YENİLƏNİB
Menyu