Menyu

Bayden İngiltərənin yeni Baş naziri Starmerlə danışıb

Bayden İngiltərənin yeni Baş naziri Starmerlə danışıb

ABŞ Prezidenti Co Bayden Böyük Britaniyanın yeni Baş naziri Keir Starmer ilə telefon danışığı aparıb və ikitərəfli əməkdaşlığın dərinləşdirilməsini gözlədiyini bildirib. 

"Operativ Media" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer bildirib.

"Prezident Bayden bu gün səhər saatlarında Böyük Britaniyanın Baş naziri Starmerə zəng edərək onu dünənki seçkilərdən sonra təyinatı münasibətilə təbrik etdi. Prezident qeyd edib ki, o, ABŞ və Böyük Britaniyanın məşğul olduğu bir sıra məsələlərdə Baş nazirlə yaxından işləməyi səbirsizliklə gözləyir. Bayden Baş nazirə deyib ki, o, bizim bir çox sahələrdə ABŞ-Böyük Britaniya əməkdaşlığının dərinləşdirilməsinə sadiqdir", - Jan-Pyer qeyd edib. 

Teqlər:

"Bayden \u0130ngilt\u0259r\u0259nin yeni Ba\u015f naziri Starmerl\u0259 dan\u0131\u015f\u0131b"

Əlaqəli Xəbərlər