Menyu

Rusiya Qərbi ittiham edib

Rusiya Qərbi ittiham edib

"Qərb dövlətləri ənənəvi olaraq beynəlxalq hüquq əvəzinə öz dünya nizamını başqa dövlətlərə sırımağa çalışırlar". 

"Operativ Media" xəbər verir ki, bunu Rusiyanın Çindəki səfiri İqor Morqulov Tsinxua Universitetində keçirilən Qlobal Sülh Forumunda BRİCS-in perspektivlərinə dair panel müzakirəsi zamanı deyib.

"Qərb tarixin çarxını geri qaytarmaq üçün çox mübarizə aparır, deyə bilərik ki, o, öz hökmranlığını qorumaq üçün əlindən gələni edir. O cümlədən, beynəlxalq hüquq yerinə öz icad etdiyi qaydalara əsaslanan nizamı bütün dünyaya tətbiq edir", - səfir qeyd edib.

Onun sözlərinə görə, Qərb ölkələrinin məqsədi beynəlxalq ictimaiyyətin əvəzinə əsas qərarlar qəbul etməkdir ki, digər dövlətlər bu qərarları Qərbin maraqlarına uyğun şəkildə həyata keçirsinlər.

"Biz daha ədalətli çoxqütblü dünya nizamının yaranmasının şahidi oluruq. Əsrlər boyu mövcud olan və kollektiv Qərbin maraqlarına xidmət edən birqütblü model artıq keçmişə çevrilir", - səfir əlavə edib.

Teqlər:

"Rusiya Q\u0259rbi ittiham edib"

Əlaqəli Xəbərlər