Menyu

Ərdoğan Qərbi Qəzza məsələsinə görə İsrailə təzyiq göstərməyə çağırıb

Ərdoğan Qərbi Qəzza məsələsinə görə İsrailə təzyiq göstərməyə çağırıb

Qərb ölkələri, xüsusən də ABŞ Qəzza zolağında məskunlaşma ilə bağlı İsrailə təzyiq etməli və onu dəstəkləməkdən imtina etməlidir. 

"Operativ Media" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Berlindən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.

"İsrail bundan sonra Qəzzada bu qətliam və vəhşiliyi davam etdirməməlidir. Beynəlxalq ictimaiyyətin, xüsusən də Qərb dövlətlərinin İsrailə təzyiqlərini artırması vacibdir. İnsan haqlarını və beynəlxalq hüququ tapdalayan İsraildir və indi də Livanı bu cinayətlərlə hədələyir. Münaqişənin bütün regiona yayılmaması üçün ABŞ başda olmaqla, Qərb İsrailə verdiyi dəstəkdən əl çəkməlidir", - Ərdoğan qeyd edib. 

Onun sözlərinə görə, Türkiyə lap əvvəldən Fələstin-İsrail münaqişəsinin 1967-ci il sərhədləri daxilində iki dövlət prinsipi əsasında sülh yolu ilə həllinin tərəfdarı olub: "Bu, daimi sülhü təmin edəcək". 

Teqlər:

"\u018frdo\u011fan Q\u0259rbi Q\u0259zza m\u0259s\u0259l\u0259sin\u0259 g\u00f6r\u0259 \u0130srail\u0259 t\u0259zyiq g\u00f6st\u0259rm\u0259y\u0259 \u00e7a\u011f\u0131r\u0131b"

Əlaqəli Xəbərlər