http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

ABŞ səfiri Gürcüstanla birgə təlimləri ləğv etmək qərarını izah edib

07 İyul 2024 , 17:18
ABŞ səfiri Gürcüstanla birgə təlimləri ləğv etmək qərarını izah edib

ABŞ-nin Gürcüstandakı səfiri Robin Danniqan "Noble Partner" birgə təlimlərinin təxirə salınması qərarını anlaşılmaz hesab edən Gürcüstan Müdafiə Nazirliyinin reaksiyasını şərh edib.

"Operativ Media" xəbər verir ki, bu barədə "Sova" məlumat yayıb. 

Səfir aydınlıq gətirib ki, bu məsələdə aydın olmayan heç nə yoxdur, çünki ABŞ və Gürcüstan arasında ikitərəfli münasibətlərə baxış davam edir.

"Əlbəttə, bu ağrılıdır, amma anlaşılmaz heç nə yoxdur. Biz bu məsələ ilə bağlı danışdıq və dövlət katibi açıq şəkildə bildirdi ki, ikitərəfli əlaqələrimiz nəzərdən keçirilir, ona görə də bu kontekstdə bəzi şəxslərin, o cümlədən hakim partiyanın üzvlərinin açıq bəyanatları səbəbindən təlimlər ləğv edilib", - ABŞ səfiri əlavə edib.

Eyni zamanda, Dunniqan münasibətlərin tarazlaşacağına ümid etdiyini bildirib.

Bundan əvvəl Pentaqon ikitərəfli münasibətlərin hərtərəfli nəzərdən keçirilməsi çərçivəsində Gürcüstanla "Noble Partner" hərbi təlimlərinin qeyri-müəyyən müddətə təxirə salındığını elan edib.

Öz növbəsində Gürcüstanın müdafiə naziri İrakli Çikovani Pentaqonun bəyanatını "anlaşılmaz qərar" adlandırıb.

Gürcüstan Prezidenti Salome Zurabişvili ABŞ ilə hərbi təlimlərin ləğvi ilə bağlı ölkənin müdafiəsi üçün təhdidləri açıqlayıb.

OXŞAR XƏBƏRLƏR
ABŞ Almaniyanın Ukraynaya yardımını davam etdirəcəyinə əmindir

ABŞ Almaniyanın Ukraynaya yardımını davam etdirəcəyinə əmindir

ABŞ tərəfi İranın Trampa sui-qəsd planlaması iddiasını şərh edib

ABŞ tərəfi İranın Trampa sui-qəsd planlaması iddiasını şərh edib

Pentaqon: İraqda ABŞ hərbçilərinin yerləşdiyi aviabaza PUA ilə vurulub

Pentaqon: İraqda ABŞ hərbçilərinin yerləşdiyi aviabaza PUA ilə vurulub

XƏBƏR LENTİ
  • Dünən
    23:36

    "Zirə" Konfrans Liqasında Slovakiya komandası ilə qarşılaşacaq
  • Dünən
    23:28

    ABŞ Almaniyanın Ukraynaya yardımını davam etdirəcəyinə əmindir
  • Dünən
    23:11

    ABŞ tərəfi İranın Trampa sui-qəsd planlaması iddiasını şərh edib
  • Dünən
    23:04

    AL: "Zirə" mübarizəni dayandırdı
  • Dünən
    22:57

    Nikol Paşinyan və Emmanuel Makron arasında görüş olub
    Nikol Paşinyan və Emmanuel Makron arasında görüş olub
  • Dünən
    22:43

    Pentaqon: İraqda ABŞ hərbçilərinin yerləşdiyi aviabaza PUA ilə vurulub
  • Dünən
    22:28

    Orban Aİ-ni Rusiya ilə diplomatik əlaqə kanallarını bərpa etməyə dəvət edib
  • Dünən
    22:13

    Macarıstan 2025-ci ilin sonuna qədər Slovakiyanın hava məkanını qoruyacaq
Menyu