Menyu

Britaniyanın yeni Baş naziri Netanyahu və Abbasla telefon danışığı aparıb

Britaniyanın yeni Baş naziri Netanyahu və Abbasla telefon danışığı aparıb

Böyük Britaniyanın yeni Baş naziri Key Starmer İsrailin Baş naziri Benyamin Netanyahu və Fələstin Prezidenti Mahmud Abbasla Yaxın Şərqdəki vəziyyəti müzakirə edib. 

"Operativ Media" xəbər verir ki, bu barədə Britaniya Baş nazirinin ofisinin bəyanatında deyilir.

Qeyd olunur ki, Netanyahu ilə telefon danışıqları zamanı Starmer Londonun təhdidlərin qarşısını almaq üçün İsraillə əməkdaşlığı davam etdirməyə sadiq olduğunu bəyan edib: "Baş nazir Starmer İsrailin Livanla şimal sərhədindəki vəziyyətin böyük narahatlıq doğurduğunu və bütün tərəflərin ehtiyatla hərəkət etməli olduğunu söyləyib".

Qəzza zolağındakı vəziyyətdən danışan Starmer, atəşkəsin əldə edilməsi, girovların qaytarılması və mülki şəxslərə çatdırılan humanitar yardımın həcminin artırılmasının zəruriliyinə işarə edib. O əlavə edib ki, Yaxın Şərqdəki münaqişənin həlli iki dövlət prinsipinə əsaslanmalıdır və Fələstin Milli Administrasiyası dövləti səmərəli idarə etmək üçün maliyyə imkanlarına malik olmalıdır.

Abbasla söhbətində Starmer Fələstin üçün islahatların və beynəlxalq legitimliyin təmin edilməsinin vacibliyini qeyd edib. "Baş nazir bildirib ki, onun Fələstinin tanınmasının sülh prosesini irəli aparacağına dair çoxdankı mövqeyi dəyişməyib", - Böyük Britaniya Baş Nazirinin ofisinin bəyanatında deyilir.

Teqlər:

"Britaniyan\u0131n yeni Ba\u015f naziri Netanyahu v\u0259 Abbasla telefon dan\u0131\u015f\u0131\u011f\u0131 apar\u0131b"

Əlaqəli Xəbərlər