Menyu

Azərbaycan şirkətləri Çinin Çindao şəhərində nümayəndəlik açmağa dəvət edilib

Nərmin Qocamanlı
Azərbaycan şirkətləri Çinin Çindao şəhərində nümayəndəlik açmağa dəvət edilib

 

Azərbaycan şirkətləri Çinin Çindao şəhərində nümayəndəlik açmağa dəvət edilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Çindao Bələdiyyəsinin Ticarət Bürosunun Qərbi Asiya və Afrika ölkələri üzrə departamentinin direktoru Men Veyvey Bakıda keçirilən "ŞƏT Nümayiş Zonası - Azərbaycanda Logistika və Ticarətin Təşviqi Konfransı"nda deyib.

O, Avropa ilə Asiyanı birləşdirən, inkişaf etmiş nəqliyyat infrastrukturuna malik Azərbaycanın İpək Yolunun da mühüm qovşağı olduğunu deyib.

"Biz Azərbaycanın logistik şirkətlərini Çindaoda nümayəndəlik açmağa və əməkdaşlıqlarını qlobal logistika, kadr hazırlığı və digər sahələrdə inkişaf etdirməyə dəvət edirik. Biz, həmçinin Çindaoda öz biznesini qurmaq istəyən Azərbaycandan olan gənc sahibkarları salamlayırıq və onlara kovorkinq (birgə iş konsepsiyası – red.) və mədəni tədbirlər sahəsində maksimum dəstək verməyə hazırıq”, - deyə M.Veyvey qeyd edib.

 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər