ABŞ iki rusiyalını sanksiya siyahısından çıxarıb
ABŞ iki şəxsi Rusiyaya qarşı sanksiya siyahısından çıxarıb.
"Operativ Media" xəbər verir ki, müvafiq məlumat ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin saytında yerləşdirilib.
Yayımlanan məlumata görə, Sovcombank ilə əlaqəli olduğu iddia edilən rusiyalı Aleksey Panferov Rusiya Federasiyasına qarşı sanksiyalardan azad edilib. O, 2022-ci ilin martında sanksiya siyahısına daxil edilib.
Bundan başqa, 2018-ci ilin avqustunda kibercinayətkarlıqla bağlı siyahılara daxil edilən rusiyalı Marina Tsareva da sanksiyalardan çıxarılıb.
ABŞ Maliyyə Nazirliyi iki şəxsin sanksiya siyahısından çıxarılmasının səbəbinin nə olduğunu izah etməyib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net