AP-dəki "Avropa Patriotları" fraksiyası 84 deputatdan ibarət olacaq
Sağçı mühafizəkar "Avropa Vətənpərvərləri" fraksiyası Avropa Parlamentində (AP) üçüncü ən böyük fraksiya olmaqla 12 ölkə, 14 partiyadan 84 deputatdan ibarət olacaq.
"Operativ Media" xəbər verir ki, bu barədə fraksiya sədrinin müavini seçilmiş macar siyasətçi Kinqa Qal məlumat verib.
"Avropa Patriotları" Avropa Parlamentində üçüncü ən böyük fraksiya və AP-də mövcud olan ən böyük vətənpərvər partiya qrupu oldu. Onların məqsədi Avropa İttifaqının siyasətini yaxşılığa doğru dəyişməkdir", - Avropa Parlamentinin deputatı bildirib.
Fransanın Milli Mitinq partiyasının lideri Jordan Bardella Brüsseldə keçirilən ilk iclasında fraksiyanın sədri seçilib. Macarıstanın Baş naziri Viktor Orbanın təşəbbüsü ilə yaradılan yeni millətlərarası qrupa Avstriya, Belçika, Macarıstan, Yunanıstan, Danimarka, İspaniya, İtaliya, Latviya, Hollandiya, Portuqaliya, Fransa və Çexiyadan sağçı mühafizəkar partiyalar daxildir.