NATO Kiyevə yeni maliyyə yardımları vəd edə bilər
Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) iyulun 9-11-də Vaşinqtonda keçiriləcək sammitində Ukraynaya yeni "maliyyə vədləri"ni elan etmək niyyətindədir.
"Operativ Media" xəbər verir ki, bunu ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Culian Smit təsdiqləyib.
Şimali Atlantika Alyansının sammitinin açılışı ərəfəsində "Foreign Policy" jurnalının Vaşinqtonda təşkil etdiyi tədbirdə çıxış edən diplomat bildirib: "Biz diqqətimizi Ukraynaya yönəltmişik və bu istiqamətdə irəliləyəcəyik. Ona görə də maliyyə vədlərini gözləyin".
NATO sammiti Vaşinqtonda, Konvensiya Mərkəzində baş tutacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net