İsrailin hava hücumundan müdafiə sistemi Livandan ölkəyə atılan iyirmidən çox raketdən bəzilərini zərərsizləşdirib.
"Operativ Media" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
"Livandan İsrailin şimalına 15-ə yaxın raket atılıb, onlardan bəziləri ələ keçirilib. Bundan əlavə, Yuxarı Qalileyada (İsrailin şimalında) hava hücumu sirenlərindən sonra Livan ərazisindən atılan 9 raketin bölgəyə düşdüyü müəyyən edilib", - ordunun mətbuat xidmətinin bəyanatında deyilir.