İsrail ordusu Hizbullahın hərbi obyektlərinə hücum edib
İsrail Müdafiə Qüvvələri Livanın cənubunda fəaliyyət göstərən Hizbullah hərəkatının hərbi obyektlərinə hücum edib.
"Operativ Media" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
"İsrail Müdafiə Qüvvələri Marun ər-Ras bölgəsindəki Hizbullah hərbi obyektlərinə və Livanın cənubundakı Aita əş-Şab və Hula bölgələrində terrorçuların hədəflərinə hücum edib", - məlumatda qeyd olunub.
Teqlər:
"\u0130srail ordusu Hizbullah\u0131n h\u0259rbi obyektl\u0259rin\u0259 h\u00fccum edib"