Menyu

Hindistan səfiri: BRİCS ikinci BMT ola bilər

Hindistan səfiri: BRİCS ikinci BMT ola bilər
1 dəq oxu

BRİCS bütün ölkələrin bərabər olduğu ikinci BMT olmaq potensialına malikdir. 

"Operativ Media" xəbər verir ki, bu fikri Honq-Konqun "South China Morning Post" qəzetinə Hindistanın Çindəki səfiri Pradeep Kumar Ravat bildirib.

"Şübhə etmirəm ki, konstruktiv gündəliyə əsasən, daha bir çox ölkə BRİCS-ə qoşulmaq istəyəcək və bu, bütün iştirakçı ölkələrin bərabər olduğu ikinci BMT ola bilər", - o, perspektivlərə dair panel müzakirəsi zamanı deyib.

Diplomatın fikrincə, BRİCS-in genişlənməsi dünyanın çoxqütblü olduğuna dair aydın siqnal verir.
 

Əlaqəli Xəbərlər