Menyu

Slovakiya və Ukrayna hökumətlərinin payızda birgə iclası keçiriləcək

Slovakiya və Ukrayna hökumətlərinin payızda birgə iclası keçiriləcək
1 dəq oxu

Slovakiya və Ukraynanın baş nazirləri Robert Fiko və Denis Şmıqal arasında telefon danışığı olub və hökumətin payızda birgə iclasının keçirilməsi barədə razılığa gəliblər.

"Operativ Media" xəbər verir ki, bu barədə Şmıqal teleqram kanalında yazıb. 

"Biz Slovakiyanın Baş naziri Robert Fiko ilə söhbət etdik və Ukraynada payızda hökumətlərin birgə iclasının keçirilməsini razılaşdıq", - Şmıqal qeyd edib.

Apreldə tərəflər Slovakiyada məsləhətləşmələr zamanı qeyri-hərbi əməkdaşlığı müzakirə ediblər. Sonra Şmıqal ümid etdiyini bildirib ki, hər iki tərəfin yüksək səviyyədə təmsil olunması Slovakiya və Ukrayna nazirlərinə təmaslar qurmağa və ümumi maraqlar haqqında praqmatik danışmağa imkan verəcək.

Əlaqəli Xəbərlər