Menyu

Çin: Ukrayna ilə bağlı sülh danışıqlarını fəal şəkildə təşviq edəcəyik

Çin: Ukrayna ilə bağlı sülh danışıqlarını fəal şəkildə təşviq edəcəyik

Çin Ukrayna üzrə sülh danışıqlarını fəal şəkildə təşviq etmək niyyətindədir.

"Operativ Media" xəbər verir ki, bunu Çin Xalq Respublikasının BMT-dəki daimi nümayəndəsinin müavini Qen Şuanq deyib.

"Biz beynəlxalq ictimaiyyəti obyektiv və qərəzsiz mövqeyə əsaslanaraq, hərbi əməliyyatların tezliklə dayandırılması üçün şərait yaratmağa və bu istiqamətdə fəal hərəkət etməyə çağırırıq. Çin öz növbəsində sülh danışıqlarını fəal şəkildə dəstəkləməyə və Ukrayna məsələsinin siyasi həllində konstruktiv rol oynamağa davam edəcək", - deyə o, BMT Təhlükəsizlik Şurasının Ukrayna məsələlərinə həsr olunmuş iclasında bildirib.

Diplomat əlavə edib ki, Çin bütün tərəfləri balanslaşdırılmış, effektiv və davamlı Avropa təhlükəsizlik arxitekturasının yaradılmasını təşviq etməyə çağırır: "Qarşıdurmada qalib tərəf ola bilməz və hərbi vasitələr uzunmüddətli sülh gətirməyəcək".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər