Menyu

Siyarto: NATO sammitində Ukraynanın alyansa qəbulu məsələsi həll olunmayacaq

Siyarto: NATO sammitində Ukraynanın alyansa qəbulu məsələsi həll olunmayacaq

"Vaşinqtonda keçirilən sammitin yekun bəyannaməsində Ukraynanın NATO-ya qəbul prosesinin davam edəcəyindən bəhs edilsə belə, Ukraynanın NATO-ya qəbulu məsələsini həll olunmuş hesab etmək olmaz". 

"Operativ Media" xəbər verir ki, bunu ABŞ paytaxtında Baş nazir Viktor Orbanı müşayiət edən Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Szijarto alyans toplantısında deyib.

O qeyd edib ki, bütün NATO üzvləri ölkənin Rusiya ilə hərbi münaqişə vəziyyətində olduğu bir vaxtda Ukraynanın təşkilata qəbulunun mümkünsüzlüyündən xəbərdardır.

Eyni zamanda, diplomat əlavə edib ki, onlar Ukrayna ilə yaxınlaşmağa çalışırlar və sammitin yekun bəyannaməsi üçün uyğun formalar tapmağa çalışırlar: "Ukraynanın NATO-da gələcəyi və bunun geri dönməz proses olması, əlbəttə ki, yaxşı səslənir, lakin bu, heç də o demək deyil ki, Ukraynanın NATO-ya üzvlük məsələsi artıq həll olunub". 

Teqlər:

"Siyarto: NATO sammitind\u0259 Ukraynan\u0131n alyansa q\u0259bulu m\u0259s\u0259l\u0259si h\u0259ll olunmayacaq"

Əlaqəli Xəbərlər